AZƏRTAC-ın 104 yaşı tamam olur 

10:10 01.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın yaranmasının ildönümüdür.

 

Hafta.az xəbər verir ki. Azərbaycan Dövlət İnformasiya Agentliyinin 104 yaşı tamam olur.

 

AZƏRTAC 1920-ci ildən başlayaraq respublikamızın salnaməsini yazıb, keçdiyimiz yola informasiya işığı tutub.

 

Bu gün isə qalib ölkənin əsas xəbər qaynağı olaraq, inkişafının yeni dövrünü yaşayır, fəaliyyətini durmadan təkmilləşdirməyə davam edir.